Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənilər ruslara qarşı etiraz aksiyası keçirdi

 

Ermənistanın Gümrü şəhərinin sakinləri bu gün bir ailənin 6 üzvünün Rusiyanın bu şəhərdəki 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsi ilə nəticələnən insidentə etiraz olaraq kütləvi aksiyalara başlayıblar.
"Xeberinfo.com":  Məlumata görə, Gümrü sakinləri etiraz aksiyası keçirmək üçün şəhərin əsas meydanına toplaşıblar.
“Onlar daha sonra hansı addımları atacaqlarını sonra müəyyənləşdirəcəklər. Mən də onlara qoşulacağam” - deyə “Asparez” Gümrü Jurnalistlər Klubunun sədri Levon Barseqyan erməni mətbuatına açıqlamasında bildirib.
L.Barseqyan onu da deyib ki, bütün şəhər sakinləri səhər tezdən faciə baş verən binanın ətrafındadır: “Hamı bir-birinə xəbər verərək etiraz aksiyasına qoşulmağa çağırır. Aksiya şəhər meriyasının binasının qarşısında olacaq”.
Qeyd edək ki, bu gün Gümrü şəhərinin Myasnikyan küçəsində bir ailənin 6 üzvünün meyiti tapılıb. Onların biri uşaqdır. Onların hamısı güllələnib. Bu hadisədə Gümrüdəki Rusiya bazasının hərbçisi Valeri Pavloviç Permyakovun şübhəli bilindiyi məlum olub (virtualaz.org).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam