Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ Avropadakı vəziyyətdən narahatdır

 

Parisdə baş vermiş terror Vaşinqtonu sayıqlığı artırmağa sövq edir 

 

"Xeberinfo.com":  Məlumata görə, “ABC News”un xəbərində deyilir ki, ABŞ ordusunun Avropa üzrə komandanlığı (ingilscə- EUCOM) bəyan edib ki, bu ölkənin Avropadakı hərbi bazalarında təhlükəsizlik tədbirlərinin səviyyəsi daha yüksək həddə çatdırılıb. Buna səbəb isə Parisdə baş vermiş son terror hadisələridir. İraq və Suriyada döyüşən avropalıların geri dönməsi ehtimalı da ortaya xeyli suallar çıxarıb. Narahatlığın getdikcə artması da heç kəsə sirr deyil. 
Komandanlığın verdiyi əmrə əsasən, amerikalı hərbçilər yalnız hərbi hissənin daxilində hərbi formada ola bilərlər. Hərbi hissədən kənara hərbi paltarda çıxmaq qəti qadağandır. Eyni zamanda, onların media ilə xüsusən də, sosial şəbəkələrlə yaxınlıq etməsi də yolverilməz sayılır. 
Belə bir qadağaya Kanadanın paytaxtı Ottavada oktyabr ayında hərbi paltarda olan əsgərə terrorçunun hücumu səbəb olubmu? Bu suala cavab verən tapılmasa da, ehtimal daha ağlabatan görünür. 
“Biz hərbçilərimizin, bizimlə birlikdə çalışan mülki şəxslərin, onların ailəsinin təhlükəsizliyi barədə ciddi düşünməliyik. Elə buna görə də, bır sıra addımların atılması nəzərdə tutulub“, - deyə “EUCOM“un mətbuat katibi, kapitan Qreq Hiks vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam