Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“İnkişaf etməkdə olan ölkələrin ümumi borcu 55 trilyon dollara çatıb” –Dünya Bankı

2018-ci ilin yekununda inkişaf etməkdə olan ölkələrin ümumi borcu 55 trilyon ABŞ dollarına çataraq 50 illik rekordu yeniləyib. 

Yenixeber.org: Bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata görə, sözügedən məbləğ həmin ölkələrdə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) dəyərinin 170%-i qədərdir.

“İnkişaf etməkdə olan ölkələr maliyyə şoklarına qarşı tədbirləri gücləndirməlidir. Vaxtilə bu ölkələrdə həm dövlət, həm də özəl şirkətlərin borclarının paralel artması iqtisadi geriləməyə, investisiya qoyuluşunun azalmasına və ümumilikdə böhrana səbəb olub. Hazırda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları dövlət büdcəsinin və xarici ticarət dövriyyəsinin yüksək kəsiri, xarici valyuta ilə yüksək korporativ ucbatından kövrək vəziyyətdədir”, – Dünya bankının prezidenti Devid Malpass bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam