Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“ABŞ və Rusiya arasında müharibə başlaya bilər”

 

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov növbəti dəfə Rusiya-ABŞ münasibətlərindən danışıb.

 

"Xeberinfo.com":  Məlumata görə, keçmiş prezident iki ölkə arasında münasibətlərin hazırda “soyuq müharibə” səviyyəsində olduğunu və bunun “isti müharibə”yə keçə biləcəyini deyib.

 

Siyasətçinin sözlərinə görə, Vaşinqton Moskva üzərində “triumf” haqqında əsas ideyasını açıq şəkildə reallaşdırmağa çalışaraq Moskvanı qarşıdurmaya çəkir.

 

“Təəssüf ki, mən artıq “soyuq müharibə”nin “isti müharibə”yə çevrilməyəcəyini qəti olaraq deyə bilmirəm. Qorxuram ki, ABŞ buna risk edə bilər”, - Qorbaçov əlavə edib.

 

Sovet İttifaqının keçmiş prezidenti həmçinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları xatırladıb: “ABŞ və Avropa Birliyindən indi yalnız Rusiya barəsində sanksiyalar haqqında eşidirsən. Doğrudanmı, onlar başlarını tamamilə itiriblər?”

 

Xatırladaq ki, Qorbaçov yanvarın əvvəlində də Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində  Avropada irimiqyaslı müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq edib. Siyasətçi həmçinin Almaniyanı Ukrayna böhranına qarışmamağa çağırıb.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam