Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Lukaşenko neft tədarükü ilə bağlı alternativ mənbə axtarışına aydınlıq gətirib –"Hər 31 dekabrda diz çökməmək üçün bunu edirik"

 

Belarus Prezidenti Aleksandr Lukaşenko neft tədarükü ilə alternativ mənbələr axtarmaqlarına aydınlıq gətirib.

Yenixeber.org:  “BELTA”nın verdiyi xəbərə görə, Qomel vilayətində görüş zamanı A. Lukaşenko bildirib ki, alternativ mənbələr Rusiya neftindən daha baha olsa belə, Belarus bu nefti alacaq.

O qeyd edib ki, bir müddət əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni müzakirə ediblər: “Vladimir Putin niyə belə bir qərar verdiyimizi soruşdu. İndi bəyan edirəm ki, hər 31 dekabrda diz çökməmək üçün bunu edirik”.

Xatırladaq ki, Belarus neft tədarükü ilə əlaqədar Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana təkliflər göndərib.

Bundan sonra Rusiya və Belarus liderləri Soçidə görüşüblər və bu məsələdə razılığa gəliblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam