Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycandan çox şey öyrənə bilərik"

 

Rusiya Federasiyası Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov Bakı səfərindən danışıb.

"Xeberinfo.com":  Məlumata görə, Züqanov bildirib ki, Rusiya və Azərbaycanın bir-birindən öyrənməli olduğu çox şeyi var.

"Biz xüsusi olaraq Azərbaycana səfər etmişdik. Rusiya bu müsəlman ölkəsilə hər bir tərəf üçün sərfəli olan əlaqələr qura bilərdi. Azərbaycandan çox şey öyrənə bilərik. Hələ heç yerdə olmayanda ilk dəfə bu ölkədə vətəndaş müharibəsi başlamışdı. Mən şəxsən Heydər Əliyevi tanıyırdım. O, qiyam qaldıranların yanına gedərək onlarla sutkalarla söhbət apardı. O vaxt hər rəhbərin öz ordusu var idi. Küçələrə çıxmaq mümkün deyildi. Heydər Əliyev sabitlik yaratdı. O, pravoslav bayraımlarına gedərək ruslarla danışıq apardı ki, onlar qaçmasın".

Gennadi Züqanov bildirib ki, hazırda İlham Əliyev atasının başladığı işi uğurla davam etdirir. "Bakı regionun ən gözəl şəhərlərindən biridir. Azərbaycan neftin oliqarxların əlinə keçmədiyi ölkələrdən biridir. Azərbaycanın Rusiya ilə əlaqələrinə gəlincə onların AŞPA-da bizim lehimizə səs vermələrini xatırlatmaq istərdim. Bu ölkədə heç bir məktəbdə rus dilinin tədrisi dayanmayıb. Mən Bakıdakı məktəblərdən birində oldum və 5-ci sinif şagirdinin rusca necə gözəl yazdığının şahidi oldum", - deyə Züqanov bildirib.

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam