Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox” - XİN

“ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox” - XİN
"Çin digər ölkələr kimi koronavirus pandemiyasından əziyyət çəkir. ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox".
Yenixeber.org: Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bildirib.

"Məsuliyyət məsələsinə gəlincə, virusun bütün bəşəriyyətin ortaq düşməni olduğunu dəfələrlə demişik. Çin virusun "ortağı" deyil, ondan əziyyət çəkən tərəfdir. ABŞ-dakı insanlar açıq şəkildə bilməlidirlər ki, düşmənləri Çin deyil, virusdur ",- Qen Şuan ABŞ Prezidenti Donald Trampın sözlərini şərh edərkən deyib.

O, əlavə edib ki, qlobal səhiyyə böhranı fonunda beynəlxalq ictimaiyyət birləşməli, hamı problemi aradan qaldırmaq üçün birlikdə çalışmalıdır.

Qeyd edək ki, Donald Tramp ABŞ-ın COVID-19-un Çinin Uhan şəhərində bir laboratoriyada yaradılması versiyasını nəzərdən keçirdiyini və onun mənşəyini təyin etmək niyyətində olduğunu bildirmişdi. O, həmçinin Çini koronavirusun qəsdən yayılmasının sonrakı nəticələri ilə təhdid etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam