Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ Rusiyadan döyüşləri dayandırmağı tələb edir

 

ABŞ Dövlət Departamenti Rusiyanı və separatçıları Ukraynanın şərqində atəşkəsi pozmaqda ittiham edib. 

"Xeberinfo.com":  APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, ABŞ Ukraynanın şərqindəki Debaltsevo rayonunda vəziyyətin pisləşməsindən narahatdır: “Separatçılar açıq bəyan ediblər ki, onlar Debaltsevoda atəşkəs rejiminə riayət etməkdən imtina edirlər. Həmin əraziyə baş çəkmək istəyən ATƏT müşahidəçilərinin təhlükəsizliyinə təminat verilməyib. Bu aqressiv hərəkətlər və Rusiya tərəfindən dəstəklənən separatçıların bəyanatları bu yaxınlarda əldə olunmuş sülhə təhlükə törədir, ağır silahların geri çəkilməsini çətinləşdirir”.
ABŞ Rusiyanı və separatçıları dərhal hücumları dayandırmağa və Minsk razılaşmalarının yerinə yetirilməsi üçün ATƏT-lə dialoqa başlamağa çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam