Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ƏDALI DÜNYA...

 

"Xeberinfo.com":  
Çərxindi tərsinə çarpdığın nədir?
Verdiyin nələrdir, aldığın nədir?
Açmıan süfrəni, daddığın nədir,
Gərəksə səxavət, gədalı dünya.

Gözyaşı verərsən, ürəklər ağlar
Könüllər yaxarsan diləklər ağlar,
Körpələr, inildər bələklər ağlar.
Başı daşlı dünya, bəlalı dünya!

Birinin qəlbi dağ, yolları daşlı
Ağlayır hər kəsə, gözləri yaşlı,
İnsandı unutqan, əməlli- başlı
Siması çuvalda, boyalı dünya!

Ey dünya yarandın, neymi çalasan?
Gələni, gedəni yola salasan,
Zamanla var olan,özün qalasan?
Qız təki utancaq, həyalı dünya!

Udursan eybini, yaranmışların
Leşə tamah salan dadanmışların
Düzü düzdə qoyan, yalanmışların.
Öcünlə öyünmə! ədalı DÜNYA...!


TƏRANƏ ŞƏMS...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam