Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Şuşam, yatma oyan heyyy…"

 

 

 

Şuşam, yatma oyan heyyy,

Diksin qalx sən, oyan heyyy.

Doğmaların gəlir heyyy,

Qan-qadan doyan heyyy!

Sevdalısan xarıbülbül,

Bülbülüm oxu səndə,

Dağlarda qısır düşüb,

Həsrətdir duman çəndə.

Torpaq sənsiz üzüldü,

Dərdlə, sevinc qoşadır,

Ömrə, ömür düzüldü.

Qardaşımız Türkiyə,

Əl uzadıb bizlərə,

Türkoğlu tək görüşür,

Başındadır dövlətin,

Silah-sursat, nə desən,
Bizim ilə bölüşür

Nər doğulan ƏRDOĞAN.

Bizim baş komandan,

Əmri verdi vur öldür.

Bəsdir, daha dur öldür!

Atış edin toplardan,

“Siha”lardan, “iha”dan.

Meydan vermə düşmənə,

Yerli-yersiz millətlər,

Qoy danışsın “Haropdan”

Laçın yolu bizdədir,

Hər yerində xatirə

İgid əsgər möhkəm dur.

 

Gücün yetən dizdədir,

El-obama dağ çəkən

Hər nə görsək üzdədir.

Saylı günlər qalıbdır,

Qarabağla görüşək.

Düşmən illər alıbdır,

Qoymayıb ki, vətənin,

Həsrətini bölüşək.

Biz gəlirik anam heyyy,

Aç qolunu anam heyyy,

Basıb səni köksümə,

Od almışam yanım heyyy!

Haqq nazilər üzülməz,

Haqqımıza yetmişik.

Söz bitərsə düzülməz,

Əgər torba dolubsa,

Əlləş, vüruş bir anda,

Bağlasanda büzülməz.

Haqqımızı almışıq

Düşmənə qan uddurub,

Qara günə salmışıq.

Vətənim, torpağım,

Dikəl dur, Qarabağım!

İgidlərdir solun, sağın.

Çox istərəm bilməni,

Bizimsən sən bizimsən,

Qaldıqca bədəndə can,

Azərbaycan, Qarabağ,

Qarabağ, Azərbaycan!

Bu sözlərin fövqündə,

Düşmənim duruş etməz,

Xırıldayıb ölsə də,

Xankəndində bir daha

Çaşsada duruş etməz,

Çaşsada duruş etməz!!!

 

Təranə Şəms. 08.11.2020 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam