Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

NİYƏ DÖNMÜSƏN?


"Xeberinfo.com":  
Gün gələr göynərsən ağı deyərsən,
Ömrünün günahkar çağı deyərsən
Kösövə odun yox, dağı deyərsən,
Sən ki, heç yanmadın, axı sönmüşdün,
İndi sual edim niyə dönmüsən?

Getmisdin dönüşün səssiz , sədasız,
Yaşamadın,süründün dönük, vəfasız.
Üz tutub deyirəm get, ay insafsız,
Sən ki, heç yanmadın axı, sönmüşdün,
İndi sual edim niyə dönmüsən?

Gün gələr unutma, tutarsa ahım,
Dərdinə dərd əkib, dönər sabahım,
Yalvarıb demə ki, nədir günahım?!
Sən ki, heç yanmadın axı sönmüşdün,
İndi sual edim niyə dönmüsən?

Yollar da ayrılıb,könlüm də, ayrı
Üzülən nəfəsəm,yarımçıq yarı.
Mənimdir bu ömür, bölmüşdün yarı.
Xəbərin vardısa, harda ölmüşdün?
Gedişin müəmma,niyə dönmüsən?

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam