Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SÖZÜMDƏN OXU...


"Xeberinfo.com":  

Şairsən, misralar ürəkdən gəlir
Ürəyə kök atıb, diləkdən gəlir.
Göylərdə yazılır, fələkdən gəlir
Gözün var, görməyə sözümdən oxu!

Oxuyun namərdi, mərdin üzünü
Biz mərdi haqq edək, desin sözünü.
Nişangah etməyək, mərdin gözünü.
Gözün var, görməyə sözümdən oxu!

Yadından çıxarma, əhdi pozanı
Qəlbi talan edib, yalan yozanı.
Gölgənə sığınıb, quyu qazanı
Gözün var, görməyə sözümdən oxu!

Zamanın nəbzi yox, bölmürəm daha
Kölgədə qaranı, görmürəm daha.
Ölmüşəm, ölüyəm, ölmürəm daha
Gözün var,görməyə sözümdən oxu!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam