Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"GƏLİRƏM" -İSMAYIL İMANZADƏ

 

Son günlər sosial şəbəkələrdə şəhidlərimizin qanı bahasına və qazilərimizin hünəri sayəsində düşmən tapdağından azad edilən ulu yurd yelərimizə qayıtmaq istəməyənləri qınayan yazıların sayı anban artmaqdadır.

Yenixeber.org: Bəzilərini bilmirəm, Allahın izniylə şəxsən mən özüm iyirmi səkkiz ilə yaxın həsrətini çəkdiyim  Cəbrayıla qayıdanların ilk sıralarında qoşulacağam. İnşallah hamınız o əziz günün şahidi olacaqsınız...

 

Halallıq ver gedim, Kürüm,

Gözləyir Qurbanim, Pərim.

Xudafərin nazlı Dirim –

Araz ünvanlım, gəlirəm.

 

Ulu Tanrım verdi aman,

Xar oldu savaşda “yaman”.

Haqq evim Hacı Qaraman –

Səbri gümanlım, gəlirəm.

 

Cəbrayılım - ata elim,

Açıq alnım, “uzun” dilim.

Sona çatıb ta nisgilim –

Şərəflim-şanlım, gəlirəm.

 

Teyim, Qalam, Ziyaratım,

Şanım-şöhrətim, urvatım.

Büllur Kəhriz toy-büsatım –

Tarım-kamanlım, gəlirəm.

 

Yovşan ətirli Gəyənim,

Ərəni-mərdi öyənim.

Geriyə qayıt deyənim –

 Düşmənlə qanlım, gəlirəm.

 

Tumasatam, Ağoğlanım,

Ta sızlamaz bir də canım.

Gordubabam, adım-sanım –

Yazı dumanlım, gəlirəm.

 

Əsiri olmadım yadın,

Damağımda qalıb dadın.

Dilimdən düşməyib adın –

Böyük Mərcanlım, gəlirəm.

                     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam