Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Küsüb gedirəm

 
Fırlanan dünyaya sığmıram daha,
Sıxılıb, sıxışıb tarım çəkildim.
Yazılan sözümü nəsiət bilin.
Qazsamda, torpağı yarım əkildim.
****
İnciyib, bəxtimdən küsüb gedirəm,
Mənasız, içi boş yalan dünyadan.
Gedirəm, ruhumun uçdüğü yerə,
Özünü, gözümdən salan dünyadan.
****
Bilirəm ey şair, yordular səni,
Asanmı yaşamaq bilməzmi insan.
Haqq deyən dilinə möhür vurdular,
Dünyanın yalanı boğmazmı səni?!...
****
Xəyanət görmüşəm sevgiyə nifrər,
Gözlərim şahiddir gördüyüm budur.
Zamanla istədim sevgiylə ülfət,
Qulunam, istərəm Allahım öldür!...
****
İnsanam deyənin izi qalmayıb,
İşıqlı gözlərə kolgələr düşür.
Qabarlı əllərin "siz"i qalmayıb,
Yadıma insan yox, bölgələr düşür.
****
Beləcə dünyadan küsüb gedirəm,
Sizə yox, özümə vida edirəm.
Bu dünya evindən laməkan olum,
Haqqa üz tutmuşam, haqqadır  yolum...

 

 Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam