Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Gah nala vurursan, gahdaki mıxa..."

 

 
Gah nala vurursan, gahdaki mıxa,
Nalbəndin naşısı qəlbi ağrıdar.
Qoyma ki, dırnaqlar mismarı sıxa,
Görmürsən o çəkic əti dağıdar?!..
***
Eyhamla fırlama, əyrini düzə,
Ağzını əymə sən rəqs edər dilin.
" Püf" deyib üzümü rişxəndlə süzən,
Pişik tək, fısılda bəs edər kirin.
***
Dilini qısa et:- bilirsən matsan,
Önündə dik duran şahın zəkalı.
Nəyin var başında sən onu atsan,
Həyatın dönmədən olur mənalı.
***
Astarın üzündə girsən yüz dona,
Sən yazıq görünsən kimə gərəksən!..
Kəmsavad başınla girsən düz yola,
Üzün yox, düzün yox, minə kələksən!..
****
Sözümdür nalbəndə  nalı  vurma sən,
Məğrurdu dayanıb önündə KÖHLƏN
Baş qatıb ey nadan valı qurma sən,
Daha çox söz olar, saralan çöhrən.
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam