Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

NƏYİ GÖZLƏYİR?

"Xeberinfo.com":  

 

Əllər ki, uzundur dillərsə qısa,
Dinləyən, ayılıb dinlərsə qısa.
Aylar da uzundur, günlərsə qısa
Görəsən, bu millət nəyi gözləyir?

Mənimki səndədir, səndəki kimin?
Quluqsa Allaha, bəndəsi kimin?
Cədvəllə toplandıq, həndəsi kimin?
Görəsən, bu millət nəyi gözləyir?

Sualı calaram sual dalınca
Gözlərim baxırsa, şuar dalınca.
Qanunlar axacaq, sular dalınca.
Görəsən, bu millət nəyi gözləyir?

Hər sözüm, mizrabda sözü qandırar
Kökaltda onluğu yüzü qandırar.
Taxtında hökmüran, düzü qandırar.
Görəsən, bu millət, nəyi gözləyir?

Gözümüz kor deyil, dilimizsə lal
Nədəndir bu millət kirimişcə lal?
Ölümüz danışır, dirimizsə lal.
Görəsən, bu millət, nəyi gözləyir?

Adımız insansa, eşşək çəkilir
Evində altından döşşək çəkilir
Toxluğun, yasaqdır köşək çəkilir.
Görəsən, bu millət nəyi gözləyir?

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam