Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

SEVDALIYAM BU HƏYATA

 

 

 

Nə dolmusan, ey buludum,

Hönkür – könkür ağlasana.

Gözlərimdə yaşa dönüb,

Bulaq kimi çağlasana.

 

Selə dön, tufan qopar,

Yu, təmizlə ürəyimi.

Ah – naləmi gəl, yu apar,

Bitir mənim diləyimi.

 

Qoy bu könül sənə desin;

Dərd var ikən, bitən deyil.

Üz çevirib, getsən belə,

Taleyindi, itən deyil.

 

Ağla, bulud, ağlasan da,

Könlümü sən dağ – dağ edib

Dərdə - qəmə bağlasan da,

Sevdalıyam bu həyata,

Sevdalıyam bu həyata.

 

 

 

         TƏRANƏ ŞƏMS. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam