Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

AŞİQİN OLUM..

 

"Xeberinfo.com":
Səni elə sevim, elə sevim ki,
Əhdinə vəfalı kənizin olum.
Sevirəm sözünü elə deyim ki,
Səsinin sədası, dənizin olum.

Səni elə sevim, elə sevim ki,
Ruhunda yaşayım, əkizin olum.
Sevirsən, bilirəm elə deyim ki,
Gözündə nişanən, əvəzin olum.

Səni elə sevim, elə sevim ki,
Dizinə baş qoyub, aşiqin olum.
Yaşanan ömrümü sənə verim ki,
Sözünlə söz kəsib, sadiqin olum.

Səni elə sevim, elə sevim ki,
Qürurun, mənliyin, vüqarın olum.
Başımın tacı ol, elə edim ki,
Dolanım başına, nigarın olum

 

 

 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam