Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünyanın...

 

"Xeberinfo.com":  

Qoyub qabağıma qaraçı tasın,
Baxacam falına,tutacam yasın,
Sizdə qol çırmayıb gözünü basın,
Nə qədər ayılmır başı dünyanın.

Aqili,nadanı bilinmir nədən?
Halallıq əlini çəkib süfrədən,
Kişisi papaqsız,qadın lüt bədən,
Tökülmür başına daşı dünyanın.

Haqqın tərəzisi çəkmir düzünə,
Göydən od ələnir yerin üzünə,
Şahlar boyun əyir arvad sözünə,
Tökülüb ağzından dişi dünyanın.

Hökmü,hökümdarı qul olub vara,
Azadlıq carçısı çəkilir dara,
Milli dəyərləri qoyub qumara,
Düşüb üzüyünün qaşı dünyanın.

Dəyib qulağına deyəsən adı,
Çoxalır günbəgün fitnə fəsadı,
Dünya dünya kimi dünya olmadı,
Gəlsə gəlməsədə xoşu dünyanın.

 

Əlövsət Tahirli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam