Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

HAVAYI

 

"Xeberinfo.com":  
Qərarlaşam gözlərinin içində
Görmiyəsən heç nə məndən savayı
Qəlbim həsrət gülüşünə, nazına
Nə bəxş etdin mənə qəmdən savayı?

Günlər keçdi, həftə bitdi, ay oldu,
Bahar ötdü, hava qızdı, yay oldu.
Saç ağardı, bel büküldü,yay oldu.
Kim etdi ki, bunu səndən savayı?

Vüsalının mən başına dolandım
Hicranının alovuna qalandım
Baxışınla zaman-zamaı talandım
Ötüb getdi ayım, ilim havayı.

Vəfasiza sədaqətdən danışdım
Yandırmadı öz-özümə alışdım
Ömrüm boyu heç belə olmamışdım
Qabar oldu ağzım-dilim havayı.

Dərdə düşüb Şahid sənin qəmindan.
Məst olmayıb heç bircə an dəmindən.
Gün görməyib öz sevgi aləmimdən
Qorxuram ki, vaxtsız ölüm havayı.

 

Şahid Məmmədkərimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam