Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

SEVƏ BİLMİRƏM..


"Xeberinfo.com":  

 

Məni sevənləri sevə bilmirəm,
Bu həsrət, bu atəş yandırır məni.
Sevgidən şeirlər deyə bilmirəm
Hicran nəğmələri sıxır qəlbimi.
Burda təsəlli də verən tapılmaz
Soyuq təsəlliyə möhtacam, möhtac.
Payız küləkləri xəzəl gətirir
Küskün günlərimə hey qucaq-qucaq.
Məni sevənləri sevə bilmirəm-
Taleyin ömrünə yazısına bax!
Sevdalı gözəllər keçir ömrümdən
Mən sevə bilmirəm, bilmirəm, ALLAH!
Məni sevənlərə nə deyim, mən nə...
Bir istək, bir atəş yandırır məni.
Sevgidən şeirlər deyə bilmirəm
Hicran nəğmələri sıxır qəlbimi.

 

NADİR ZİYADLI..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam