Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SƏNİ TAPARAM

SEVƏK EŞQİMİZİ


"Xeberinfo.com":

Bağlansa üzümə, vüsal qapısı,
Düşünmə yadlara,sataram səni.
Hicrana əyilən, deyiləm axı,
İzinə iz salıb, taparam səni.

Eldən –elə, gəzərəm sinəmdə sazım,
Sazımı yad eldə, yada çalaram.
Çaldıqca əzərəm, düşməni yadı,
Soraq edib, hayını eldən alaram.

Eşidər səsimi, buludlar ağlar,
Qaralar günəşin, nur şəlaləsi.
Oda-od calanar, yanar şəfəqlər,
Ahım da alışar, sinəmi dağlar.

Düşərəm İzinə, səndən xəbərsiz,
Sabahin dan yeri, önümə çıxa.
Gözünün yaşı da, axa qədərsiz,
Həsrətin acısın, sinəmə sıxa.

Vüsalın gözünə qapı açaram,
Dayanıb, üz-üzə sükut içində,
Gözünün, içinə düşən O səndə,
Həsrəti aldadıb, SƏNİ taparam.

 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam