Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünyaya xit



"Xeberinfo.com": 

Sənə nə olur ki,dünya, a dünya?
Qəlbimi min yerə paralayırsan.
Yaramın birinə dərman tapmamış,
Sən o bir tərəfdən yaralayırsan.

Bilirəm ömrümü borc vermisən sən.
Geri alacaqsan nə vaxt istəsən.
Fəqət,bəs nə üçün,nə üçün nədən
Ömrü qara günlə qaralayırsan?

Yenə qan-qan deyib qarışır zaman,
Bəmindən,zilindən baş açmır insan.
Kimini vüsala yetirib hər an,
Kimini qaçbaqaç aralayırsan.

Sevincin qəminlə qoşadır nədən?
Görən hara gedir bu qoca aləm?
Baş aça bilmirəm heç gərdişindən
Ölümü əzaba çarə sanırsan?

Iki yoxluq arasında varıq biz.
Gah yağışıq,gah zirvədə qarıq biz.
Ayaq üstə dolaşan torpağıq biz.
Öz özünə zülm edirsən,anırsan?!

 

 

Şahid Məmmədkərimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam