Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həyatdır kartını açıq oynayan...

 *****

Həyatdır kartını açıq oynayan,
Kimsəni meydana bərkdən səsləməz.
Öyünüb sözünü açıq oylayan,
Oynayar kef üçün nifrət bəsləməz...
*****
Mənimdir qaydalar buyurun baxın,
Var olan hünərli desin sözünü.
Mən sənin özünəm duyurun baxın,
Çıxarıb qoyaram, beşin gözünü...
*****
Bezərsən, canından uzaq olarsan,
Ruhunda boyalar rəngbərəng olar.
Sevdiyin dostuna tuzaq qurarsan,
Hər rəngi mənimlə həmahəng olar...
*****
Həyatdır dediyin bax belə olur,
Tanıya bilməzsən cismin necədir.
Zərbəni özünə öz ruhun vurur,
Sən baxıb görərsən gündüz gecədir!..
*****
Ey insan! mənimlə meydan sulama,
Şuar tək bu sözü söyləyər həyat.
Sevirsən sev məni, quyruq bulama,
İzaq ol, nifrətdən gözləyər həyat!...
*****
Bir azca yaxın ol, Allahına sən,
Düşün ki, sən axı niyə yarandın?!
Bilirsən? Bu həyat bir imtahandır,
Var idi hər şeyin, niyə talandın?!...
*****
Yazdım mən, sözümü bilsin anlayan,
Misralar maraqlı düşünən gərək!...
Dan yeri sökülər, xoruz banlayan,
Yaxşılar pisə tox, olmasa kələk...
Təranə Şəms.8.05.2023

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam