Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

UYUYAN ŞƏHİD

 


"Xeberinfo.com": 
Güllələr köksündə, qovrulan Şəhid,
Sevgisi nifrətlə, yoğrulan Şəhid, 
Ananın qucağı, məkanın Cənnət,
Qəlbində Vətənlə, uyuyan Şəhid!

Qanının damlası, QEYRƏT toxumu,
Vətənin, daşında torpaqda bitər,
Vüqarın əyilməz,düşmən önündə,
Düşmənə nifrətin, qanınla itər.

Analar, analar ağlamayın siz,
Dağlanan ürəyi, dağlamayın siz.
Min səvab aparır, hər gedən Şəhid,
Daşlara qaralar, bağlamayın siz!

Qoy Şəhid balanı, elin ağlasın,
Balalı balana, gəlin ağlasın.
Bağban ol, bir gül ək, Şəhidlik gülü,
Buludlar ağlasın, selin ağlasın!

Pənahı Allaha, adıyla gedər,
Zirvəsi Şəhidlik, qanıyla gedər. 
Şəhidlər ölməz ki, yaşar zamanla,
Deyilən kəlamın, dadıyla gedər.

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam