Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mizə vurmuram...

 
Külümdən alışsam üzə vurmuram,
Toplanıb çıxsamda yüzə vurmuram,
Əllərim uzundur dizə vurmuram,
Sökülüb, tökülən qıraqda qalan,
Salıram iynəni bizə vurmuram...
****
Dəyişib qarşımda yüz sifət olsan;
Maskanı salıb sən üz, sifət olsan,
Baxışın həmindir düz sifət olsan,
Mən artıq bilirəm nəfəsin yalan,
Yolunu azsanda izə vurmuram...
****
Özümün, könlümə yalanı çoxdur,
Oynayan yoxdur ha, çalanı çoxdur,
Yorulan çiynimin palanı çoxdur,
Özümü biyolluq etmişəm talan,
Mən, məni bilirəm üzə vurmuram.
****
Yorulub haqq bizdən düzlük istəmir,
Özün ol, söyləyir üzlük istəmir,
Hər qəlbə yaxındır küslük istəmir,
Ağılla xaini zirvədən salan,
İdrakım ortada mizə vurmuram...
Təranə Şəms. 5.08.2023

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam