Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yağmış yenə qəmgin, dəli leysan

Yağmış yenə axşam çağı qəmgin dəli leysan,

Yağıb doldurmuş qəlbimə, ey gül, həzin hicran,

On səkkiz olsa da yaş, hələ fikrimdə uşaqlıq,

Ötmə ömür belə yel kimi, hara qaçırsan?

Qaçdıqca azalır nəşən, ancaq hüzün saçırsan...

 

Şam üfürüm, qəlbimdə bir dilək diləyim mən,

Könlümdə ümiddir bu şəmin sönməyi sanki,

Gəldim son uşaqlıq gecəsin qeyd eliyim mən,

Ey fələk, ötən günlərimi məndən alırsan,

Könlümün rübabında qəmli havalar çalırsan.

 

Amin bu fikirlər qonağın olsa da hər gün,

Səbir eylə, ümid tap, sənə qismətdisə bir gün

Yollar yetirər səni arzuların mənzilinə,

O vaxtı düşərsən başa, hələ ki, danırsan,

Uşaqlığın nisgiliylə alıırsan, yanırsan.

Qoy sağlıq olsun təki, sən uca Rəbbinə sığın,

Qorxma hər şey düzələcək, niyə fikrə dalırsan?

Mövlud günü hər kəsdən xoş təbriklər alırsan!

 

Amin Əsgərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam