Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gözlər...

 

Xeberinfo.com:

Gözəlim, zülfünü gəl tökmə daha gözlərinə,
Verib Allah nə gözəl zövqü-səfa gözlərinə.

Açdi qəlbim gözünü bir baxışın ey dilbər
Yusifin köynəyi tək etdi dəva gözlərinə.

Kirpikindən süzülən yaşlar ile qüsl aldı,
Bu könül istədi sacid* ola ta gözlərinə.

At yenə kirpik oxun sinəmi dəlsin keçsin,
Yenə səssiz eləyim mən təmaşa gözlərinə.

Yenə gündüz qaçaraq dərdin əlindən ey məh,
Gecə gizlənməyə köçdüm o qara gözlərinə.

Bədnəzərdən o qara gözləri hifz etmək üçün 
Gətirib kirpiyini düzdü səba gözlərinə.

Halini məst elədi çeşmi-xumarın, sonda
Eylədi canıni ugrunda fəda gözlərinə!

 

Perviz Hali Hovsanli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam