Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

VƏTƏNDİR ANAN..

 

Xeberinfo.com: 
Arayıb axtardım gözüm haqq gəzir,
Baxıram zamana dözüm haqq gəzir.
Cənnətin yolları əməldən heçir,
Anlayan yoxdur ki, ənəl həqq gəzir.

Haqqımız zorlanır ruhlar sıxılır,
Bölünən bölünür ahlar sıxılır.
Hər ölən əsgərin sıra yeri var,
Yeddisi üçündə qırxlar çıxılır.

Analar gözündə bulaq salıbdır,
Çırağı evindən qıraq salıbdır.
Qəbrlər əsrdi, yurd-yuvasında,
Üstünü ot basıb alaq salıbdır.

Düşünən beynlər yol göstərin siz,
Düşmənə yol deyil gor göstərin siz.
Bir qalib əsgər tək əldə BARRAĞIM,
Qolunu çirmələ, QOL göstərin siz!

İgidlik bəllidir başından gəlir,
Göz açan çağından yaşından gəlir.
Yazılan tarixdi, əsrlər ötsə,
Cavanşir Babəklər çağından gəlir.

Mətn ol əsgərim Vətəndi anan,
Sinəsi sipərdi yetəndi anan.
Torpaqdı əmanət keşiyində dur,
Mərdliyi toxum tək, əkəndi ANAN..

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam