Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

KƏSDİ ƏLLƏRİN

 

Xeberinfo.com:   

Bağışla, bağışla bağışla məni,
Dərdinə yük olub günahmı etdim?
Hər kəlməm qəlbinə ox oldu sanki,
Günahım çox ikən mən ahmı etdim?

Dostluqdan keçərsə sevməyin yolu,
Ürəkdən hopacaq qəlbinə sənin.
Çətinsə söyləmək deməyin yolu,
Amandı yük ollam dərdinə sənin.

Görmədim, bilmədim kimsən nəçisən
Dinlədin sən məni əsdi əllərin.
Sil dedin qəlbindən pisi heçi sən,
Qaysaqlı yaramı kəsdi əllərin.

Canlandı gözümdə keçən anlarım,
O illər qadalı, yaralı qanlı.
Ömrümü doğrayıb biçən anlarım,
Xəyalı yarandı gözümdə canlı.

Sevməyə sağ ürək saf könül gərək,
Bir əğyar vəfasız ölüyə taydır.
Xəstəsə bu ürək nəyimə gərək,
Bəxtimə yazılıb, yeyəsi PAYDIR.

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam