Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

QƏDR GECƏSİ

Xeberinfo.com:  

Əlimi uzadıb üzü göylərə, 
dya eləyirəm...Gecə yarıda...
Bağışla, ya Rəbbim,
Gec anlamışam
günah saymadığım günahları da!,

Qədr gecəsidir...Açıqdır qapın,
Yəqin eşidirsən dualarımı.
Hifz elə, ya Rəbbim bu Yer üzünü,
saxla qanadında balalarımı!

Pis günə qoymuşuq gözəl dünyanı,
Uymuşuq şeytana,
uymuşuq felə.
Qaytar, öz yoluna yol azanları,
Özün yaratmısan,
özün rəhm elə!

Nə qədər dünyada əsir-yesir var,
Əzən də insandır,
bezən də insan.
İşləmir qoyduğun mizan-tərəzi--
bir gözündə qandır, birində vicdan!

Səni arayırıq dara düşəndə,
Əlac diləyirik dərddə, ağrıda.
Qəribə məxluqdur yaratdıqların--
oğru da çağırır səni,
doğru da.

Nəfsin əsiridir.
quludur insan.
Əyləşib taxtında iblis şah kimi.
İnsaf da, sevgi də yalan boyalı
qiymətdən salınıb bir matah kimi!

Allahım!
Nə desəm sənə əyandır:
İnsan insan olsa gülər bu dünya.
Əgər əsirgəsən Yerə kolgəni,
Bir anda yox olar,
ölər bu dünya!

Əlimi uzadıb üzü göylərə,
dua eləyirəm.. Gecə yarıda...
Bağışla, ya Rəbbim,
gec anlamışam
günah saymadığım günahları da!...

Etibar Etibarli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam