Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Yerindədir

 

Xeberinfo.com:  

Mən bilirəm, o sevgimiz dönməz heçə, yerindədir,
Hər saatı, dəqiqəsi, gündüz, gecə yerindədir.

Gəzdim görüş yerimizi, tapmadım heç birimizi,
O ağaclar, oturacaq, o bağ, küçə yerindədir.

Hər şey daha gözəl olub, xeyli baxdım fikrə dalıb,
Tək o günlər yoxdur, güllər neçə-neçə yerindədir.

Tək əlinə əlim dəydi, heç bilmədim o da nəydi...
O saf, təmiz kənd uşağı –– indi qoca, yerindədir.

Yada düşür xatirələr, tələbəlik, nələr, nələr...
Ehtiyac göz yaşımızı ıçə-içə yerindədir.

Sənin ömrün necə keçdi, biləmmədim daha gecdi, 
Mənim ömrüm kasıblıqla keçə- keçə yerindədir.

Bu vəfasız dövran məni əyibsə də, döyübsə də,
Səni sevən tək ürəyim vardı necə yerindədir.

 

Nazir Ziya Talıstanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam