Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İNSANLAR OLDU

 

Xeberinfo.com:  

 

Məni dəyişən insanlar oldu
Birindən yalan gördüm,
Birindən xəyanət,
Tapa bilmədim dözüm, dəyanət.
Nə gördümsə,
Sanki xəyalət.
Bu dərdə bir mən mübtəla deyləm,
Düçar olub bütün əyalət.
Sevmir, sevənlər
Dağılır ailələr. 
Meydan sulayır,
Halal, qoyub haram yeyənlər.
Bu nə dövrdü, nə zamandı,
Meh əsməmiş,
Dağılıb tökülən samandı.
Saman sözü,
Dildən-dilə düşəcək, böyəcək,
Deyəcəklər, aşan şalmandı.
Bax beləcə, iftiralar, böhtanlar,
Ayaq alıb yeriyəcək.
Kimin, sirri kimə deyiləcək?
Kimin, haqqını harda,
Kimlər yeyəcək?
Mən qurula bilmədim bu zamanla,
Yerim də, səhv düşdü,
Doğru olmayan məkanla.
Sığmıram özüm-özümə,
İnsan ki, var,
Gəlmir düz,
Sözüm, sözünə.
Nə deyim, nə sual verim özümə?
İnad edən varmı,
Düyünləri açılası çözümə?!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam