Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DEYİM, "OĞULSAN"

DEYİM, "OĞULSAN"

Xeberinfo.com:  

Sanama barmaqla səhvlərimi
Gözlə görünəni oxumaq asan.
Yaşa o günləri sən mənim kimi
Səhvsiz,filansız deyim..-"oğulsan"

Sənin barmağında sənin əl izin
Mənim səhvlərimdə alın yazım var.
Dərib qoxladığın o tər nərgizin 
Atılan gününə ovunmazım var...

Keçdin uşaqlıqdan daha böyüksən...
Keçdin böyüklükdən,itibsən demək.
Dəmirçi önündə sönük körüksən 
Odlu nəğmələri ötübsən demək...

O günlər bir daha sığal götürməz
Düşməz üç almanın bir tikəsi də...
Vaxtsız böyüklüyüm nağıl götürməz
Bəlkə götürməzdi yer kürəsi də...

Əbülfət Novruz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam