Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Üç onluq, iki saat, sən və mən

Üç onluq, iki saat, sən və mən
Xeberinfo.com:   
Gəlmisən qonaq,
Otağımda zəif çıraq,
Iki saatlıq,
Var satılıq,
Qönçə dodaq,
Gümüş bədən, gül topası,
Məni heyran edən dilbər, su sonası.
Hardan gəlib çıxmısan sən?,
Cibimdəki üç onluğun yiyəsisən.
Bu gün mənim qonağımsan,
Dünən kimin?
Sabah kimin?
De kimləri oxşayacaq,
Dodaqların, gur tellərin?
Daha kimi sığallayar,
Zərif, incə, saf əllərin?
Səni səndən kimlər aldı?,
Bu yollara kimlər saldı?
Hardasa bir cavan ata,
Vaxtından əvvəl qocaldı.
Harda isə bir cavanın,
Evi uçdu, yurdu qaldı.
Kimdi axı, o, şərəfsiz?,
O Allahsız, o qeyrətsiz?,
Varmı mahmız?
Hanı mental mizanımız?
Hara gedir axırımız?
Bu şərəflə, bu qeyrətlə,
Bir ocaq da, qaldı daha,
Anasız.
 
Mehdi Əsgərov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam