Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şairə dostuma məsləhət

Şairə dostuma məsləhət

 

Xeberinfo.com:  

 

Hələlik yazma şeiri?

Yazılırsa, açılacaq qəm dəftəri.

Yazmaqdansa,

Öyrən çay dəmləməyi.

Adı xoruz quyruğu, qıp-qırmızı,

Pürrəngi.

Sonra işvəylə-nazla,

Gətir qoy qabağıma,

Nəfsini, nəfəsini,

Ürəyinin səsini ötür ona.

Mən də qaynar-qaynar, isti-isti,

İçim onu damla-damla,

Bala-bala.

İçim onu yana-yana.

Hiss eliyim o qaynarda qaynayan nəfəsini.

Nəfəsinlə duyur mənə,

Ürəyinin pıçıltılı səsini.


Hələlik yazma şeiri?

Korlama dəftər-qələmi.

Axşam olsun, oyaqları qoy yatdıraq,

Qapıları tez bağlayaq,

Gözdən könüldən uzaq,

Bir küngündə, yatağın,

Sən nəfsinlə,

Eşqi qaynar nəfəsinlə,

Ehtirasla, yanıq incə şirin səslə,

Qollarımın arasında,

Yetişdikcə muradına,

Yazacağını,

Pıçıltıyla söyləyərsən qulağıma.

 

Hələlik yazma şeiri?

 

Mehdi Əsgərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam