Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

SATQINIQ

 

Xeberinfo.com: 

 

Hansı arzu-diləklə, 
Utana-utana öz gözümə baxım mən.
Baxan gözüm ağlarsa,
Yaşımı tumarlayıb hansı səmtə, hansı yana,
Dəli-dəli axım mən. 
Torpaq bizim,yer bizim, Vətən bizim,
Bilmişik, dərdi çox, 
Çəkiləcək, ödəyəcək bədəli çox,
Bitməyən qəmi çox, kədəri çox.
Yatmışıq mışıl-mışıl,
Top atılır oyanmırıq,
Çaşqın-çaşqın göz açıb ora-bura boylanmırıq.
Nələri itirmişik hədəri çox.
İtənlər, yara təki ürəklərdə bitənlər
Geri dönübmü?
Bu ağrı, acı qəlbimizdə sönübmü.
Bizik, bizdən olmuşuq,
Astara yamaq tikib,
Üzsüz, üzdən olmuşuq.
El, elindən ayrılıb,
Didərdinik, qaçqınıq,
Qopan tufandan sonra,
Sel gətirən daşqınıq.
Çürüdük, içdən çürüdük,
Toxum təki səpildik,
Göyərmədik batqınıq.
Vətən adlı anamızın,
Ağarmış saçlarında düşmən əli gəzdirən,
Oğul, uşaq, ana, bacı bilmədik, 
Düşmənə baş əydirən,
Qara dəftər dolduran,
Əl-əl gəzən, SATĞINIQ. 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam