Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Silinmir hələ...

 

 

 

                

 

Könlümdə tufanlar qopanda baxın,

Oluram yalquzaq canavar kimi.

Şəlalə dərdlərim, axanda baxın,

Dolanda qəlbimə, “havadar” kimi.

 

Başımda dolanır nifrətin adı,

Qoymaram qəlbimə yaxın otura.

Sevgiylə çəkilsin ülfətin adı,

Qoymayın, nifrəti şeytan yoğura...

 

Könlümü bəzədi boyaqlı saplar,

İlmə-ilmə, incə-incə düzüldü.

Kələflər açıldı, dolaşan nədir,

Nazilən ipliyim niyə üzüldü?...

 

Çırpınınan ürəyim yaşımdan böyük,

Yaşayar, yaşamaz bilmirəm daha.

Zamanın acısı ötsə  başımdan,

Dözərəm, dözmərəm bilmirəm daha.

Təranə Şəms.28.09.2017


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam