Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tufanım varmı

 

 

Yenixeber.org:

Süzülən suyumuz durulan deyil,

Yıxılan tifaqlar  qurulan deyil,

Könlüm var, dünyaya vurulan deyil,

Səhəri gözləsəm, sabahım varmı?...

 

Gümanım səhrada susuz fırlanır,

Ümidlər sonsuzdur, sonsuz fırlanır,

Bu dünya fırlanır, onsuz fırlanır,

Bir içim azadlıq umanım varmı?...

 

Əməllər tən gəlir çərxin daşına,

Ələnir daş təki düşür başına,

Əlinin qarası çıxsa qarşına,

Sözümə başqa cür, gümanın varmı?...

 

Könlümdür gözümün qəm biçənəyi,

Əzilən millətim bəs seçə nəyi?!...

Biçməyən dəryazla, bəs biçə nəyi?!...

Qopacaq fırtınam, tufanım varmı!?...

Təranə Şəms.02.09.2017


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam