Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nədən bacarmıram

 



Həsrətdən yarandım sözlə doğuldum,

Ömrün yollarında, yaman yoruldum.

Sözlə başlamışdım, sözlə boğuldum,
Nədən bacarmıram, bu həyatla mən!?...

Sözümlə gecəyə çıraq asıram,

 Tələskən uşaq tək, yaman qaçıram,

 Zirvələr fəth edib, şəstlə aşıram,

Nədən bacarmıram, bu həyatla mən?!...

 

Misramın nazı var, işvəsi vardır,

Dilaltı kəlməmin, bişməsi vardır,

Ağızdan, ağıza düşməsi vardır,

Nədən bacarmıram, bu həyatla mən?!...

 

Dəy, sözüm hədəfə, sancıl ox kimi,

İçim düşmən qanin, baxım tox kimi,

Bu həyat, adisə sandım yox kimi,

Nədən bacarmıram, bu həyatla mən?!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam