Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bağırmaq olmur

 

Səbrimin öfkəsi daşdırdı məni,

Düşünün, bu millət səssiz ağlayır.

Sükutun naləsi çaşdırdı məni,

Ayılın, dərdimiz sinə dağlayır.

 

Hər günün qəlbsökən dəhşəti vardır,

Güldükcə ağlayıb bağırmaq olmur.

Hər kəsin sinədə təşnəsi vardır,

Dostunu, düşməndən ayırmaq olmur.

 

Ədalət istəsən, məhbəsdi yerin,

Həqiqət olsanda dilinə alma!!!....

Özündə, özünə dar gəlsə yerin,

Natiq tək hər sözü yerinə salma.

 

Dilini kəsərlər qayçı-bıçaqsız,

Acısı ürəkdən qəlbə süzülər.

Səs versək səslərə, gəl olaq biz, siz,

Sıramız inamla, sizlə düzülər.

 

Milləti laylaya yatırmayın siz,                                                                                                              

Coşan qan bizimsə, axması vardır.

Millətin adını batırmayın siz,

Yazılan tarixin, açması vardır.

 

Təranə Şəms. 22.03.2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam