Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AY MENDEN UZAQDA OLAN YAXINIM!

 

"Xeberinfo.com":

Bir bilsən nəcədə sənsizəm indi,
Ay məndən uzaqda olan yaxınım!
Ele bil dünyanın dərdi mənimdi,
Ay məndən uzaqda olan yaxınım!

Kimsəsiz otaqda,zülmətdəyəm,mən,
Öz doğma əlimdə,qürbətdəyəm,mən,
Sənsizlik adlanan qismətdəyəm,mən,
Ay məndən uzaqda olan yaxınım!

Görsən tanımarsan ağarıb başım,
Gedibdir baharım,gəlibdir qışım,
Daha tənhalıqdı ömür yoldaşım,
Ay məndən uzaqda olan yaxınım!

Taleyin işidir ayirdi bizi,
Həsrətə çevirdi,saf eşqimizi,
Məni məhv eylədi,həsrət dənizi,
Ay məndən uzaqda olan yaxınım!

Sən uzaq bir sahil,men tənha ada,
Boğuldum,talandım sonsuz dalğada,
Bir gun qovuşarıq cansız dünyada,
Ay məndən uzaqda olan yaxınım!
Ay məndən uzaqda olan yaxınım!

 

Metleb Tenha.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam