Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gəl onu gömmə

 

Bu həyat ömrümə təkər olarsa,
İzini tapmağa hardan başlayar?...
Biçilən biçənək bəhər olarsa,
Görəsən, mənimi, məni daşlayar?...
 
Bax mənə, uzanan ömür yollarım,
Vurduğun yaralar de, sağalarmı?...
Lap kiçik olanda sınan qollarım,
Sarılmaq istəsən de, sarılarmı?...
 
Susuzdu səhrada ömür karvanım,
Çatlayan dodağı cadar-cadardı.
Çaşmasın gözlərin dəli sarvanım,
Qarşıda yolun var qabar-qabardı.
 
Ey ömür təkərim, fırlanma bəsdir,
Nəfəsim daralır, demə yaxşı ol.
Büdrəyib yıxılan demə o kəsdir,
Vida et, yola sal, de ki, yaxşı yol!...
 
Həyat bir təkərdi, fırlanıb ötər.
Yoluna davam et, geriyə dönmə.
Buxovlu addımın izindən öpər,
O, sənə əmanət, gəl onu gömmə!...

Təranə Şəms.16.06.2018

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam