Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dəyməz atam balası

 

 

Hədəf kimi seçildim,

Dərdim ilə vuruldum.

Dayansa da, zamanım,

Mən yenidən quruldum.

Saflaşdı düşüncələr,

Sular təki duruldum.

*****

Həyatı, mən anladım,

Sevgi nədir, dost nədir?...

Əllərində badə, mey,

Sözlərdən sərxoş olub,

Söylədiyi tost nədir?

*****

Sevgi desən bəhanə,

Sevən özü dost ola,

Bax, bu olar şahanə...

Amma yalnış düşündüm,

Qəlbini açıq etsən,

Dərdini bilincədir.

Sənin sirrin əlində,

Boynun qıldan incədir.

*****

Zaman-zaman dərdlərin,

Öz hədəfin olacaq.

Səni elə vuracaq,

Qalib kimi görünüb,

Düz qarşında duracaq.

*****

Sevəndə, dost seçəndə,

Yanılma sən, ey insan!

Cığır qoyub keçəndə,

Bayılma sən ey insan!...

Bax ki, kimi seçirsən,

Kimin üçün can verib,

Öz canından keçirsən.

Nifrəti seç demirəm,

Öz sözümdü deyilən.

Aşpaz kimi dad bilib,

Bəh-bəh ilə yemirəm.

Dəyməz:-Atam balası...

Dəyməz:-Atam balası!!!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam