Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

BƏLİ,ŞAİRƏM

 Yenixeber.org: kiçik hekayə.

Bir ədəbii tədbirdə sol tərəfimdə oturmuş gözəl bir xanım əliylə çiynimə vurub:- Ey,sən də şairsən?-deyə soruşdu. İçimdən onunla bir balaca qeyri ciddi olmaq keçdi.

-Əlbəttə. Özü də böyüyündən. Mən ölkədə ədəbiyyat üzürə yeganə Nobel mükafatçısıyam.

-Doğurdan?- deyib qarşısındakı bahalı çantasını açıb ordan qalın qabıqlı bir kitab çıxardı. Mənə hədiyyə etmək istəyirdi. Ona görə də dedim:- Zəhmət olmasa,avtoqraf yazın.

-Adın,təxəllüsün nədir?- deyə soruşdu.

Dedim: Filan Filankəsov.

Başladı yazmağa. Yazıb qurtarandan sonra kitabı mənə uzadı. Təşəkkür edib kitabı aldım.

Nə yazmağı məni çox maraqlandırdığından ilk səhifəni açdım. Yazdığını oxudum. İstədim hönkür- hönkür ağlayam və dəlilər kimi şaqqanaq çəkib gülmək istədim. Amma yeri deyildi. Onun əvəzinə ona süni bir təbəssüm göstərdim. Görürəm siz də onun yazdığını bilmək istəyirsiniz. Onda deyim. Ağlamağı və gülməyi də buraxıram öz öhtənizə. Xanım yazmışdı: "Azərbaycanda ədəbiyyat üzürə yeganə Nobel mükafatçısı, şair filan filankəsə, filan filankəsdən hədiyyə". Ayın tarixi və il. Birdə mübarək imzası.

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam