Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

BİR ƏSRƏM MƏN...!

 

"Xeberinfo.com":

Xəyalim yol gedir uzaqlara
Düşündükcə,düşünmək
Düşünmək istəyirəm.
Hərdən başım qarışır,
Ürəyim, könlüm alışır
Hər görəni, hər çözəni ,
Pozmaq, pozmaq istəyirəm.
Bəzən, qəlbim ağrıyır,
Qəlbimin acısı, məni danlıyır.
Susma, susma deyir,
haray salıb haylıyır.
Bilmirəm, bilmirəm
İstəyim nədir?
Bəlkə də düşüncəm, bir bahanədir
Xəyal aparır, məni
Öz-özümə söyləyirəm.
Get...! anlat sevənləri
Torpaq üçün ölənləri,
Hqqsız gömülənləri.
Bu dünyadan köçənləri,
Ərləri ərənləri
Ürəyi üzülənləri
Anlat sən olanları, anlat!
İzləyirəm olanları,
Kini –küdürəti
Unutmaq, bastırmaq istəyirəm.
Lakin,fikirlərim əbəsdir
Haqq üçün ədalət üçün,
Aranı qatmaq, hayqırmaq istəyirəm.
Mən ki,beləyəm
Özümü, pisləyirəm,
Şişləyirəm, bizləyirəm,
İzləyirəm kəlməmi, bəlkəmi,
Görən nədir?
Ağlım çatmır dərkəmi?
Suallar, suallar,
Nəyi qanar, nəyi anlar
Özünü ağıllı bilər, səni danlar.
Beləcə yol gedirəm mən.
Ömrümü qısaldıb gör eşirəm mən.
Əlləri bağlıyam, bir əsirəm mən
Ruhum cavan ölüb, qocalmasam da,
Qəlbimə dağ olan yanğılarımla,
Keçmişə gömülən,
Bir ƏSRƏM mən...!!!

 

TƏRANƏ ŞƏMS...20.11.2014.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam