Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ay ana!

 

 

 

"Xeberinfo.com":

 

Ömrümə yazıldı sənsiz günlərim


Ay ana! sənsizdi toy düyünlərim

.
Sən yoxsan bağçamda, solub güllərim


Indi boş qalıbdır, sarayın sənin,


Yadımdan çıxmayır harayın sənin!


Canıma can verdin ömür-gününlə


Dilinə bal qatıb, şirin sözünlə


Saçımı oxşadın, məlhəm əlinlə


İndi boş qalıbdı, sarayın sənin,


Yadımdan çıxmayır laylayın sənin!


Ay ana! sənsizlik həyat deyil ki;


O gözəl adından, şirin nə var ki?!


Ömrümə bəzəkdin, ölməzdin KAŞKİ...


İndi boş qalıbdı sarayın sənin,


Yadımdan çıxmayır, ah-vayın sənin!

 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam