Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Arını yeyir" -Təranə Şəms

Arını yeyir

 Yenixeber.org: Təranə Şəmsin yeni "Arını yeyir" adlı şeirini təqdim edir.

 

 

Dövrümün məmuru çox keflə yaşar,

Zülm edib millətə toplayar sərvət.

Söyləyər bu mənəm gəl səndə başar,

Talan et ölkəni  gözləmə dəvət...

 

Yaşamı firavan bir qapı döyməz,

Evində nökəri  qapı süpürər.

Deyəcək sözünü töhmətlə deyər,

Hər kəsin üzünə pulla tüpürər.

 

Xəyalı rəqs edər pulun başında,

Fürsət gözləyər ki, hardan nə qapsın.

Taleyi oynayır atan daşında,

Qisməti nədir ki, yaxşı nə tapsın.

 

Bu millət top olub oynamaq üçün,

“Dirçəliş”, “Qayıdış” sözlərdə bitdi.

Azadlıq bir iştah doymamaq üçün,

Əcəba arzular gözlərdə bitdi?!...

 

Bu millət yaşayır ölməmək üçün,

Bir loxma yavanlıq bəsimdi deyir.

Yol başla irəli dönməmək üçün,

Namus da ac qalıb, arını yeyir...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam