Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Vətənə gəl sən" - Təranə Şəms

 

Vətənə gəl sən

 

Deyirik bu dünya düzələn deyil,

Sən barı yaxşı ol düz, ələn deyir.

Doludur bu həyat yaramaz ilə,

Sağalmır dərdimiz yara, maz ilə.

 

Yolumuz qaranlıq, gözəl görünmür,

Kölgələr tozanaq göz, əl görünmür.

Odur ki, qum kimi ələn deyirəm,

Əyrisən, düz yola bələn deyirəm.

 

Cisimdə idrakın barını dərsən,

İrfani baxışın bir dünya olar.

Unutma, bu dünya fırlanmaz geri,

Düşüncən tozlanar, bir xülya olar.

 

Tələs ki, yolunda cığırın olsun,

Nəsildən, nəsilə bir işıq kimi.

Zil səslə bağır sən, çağırın olsun,

Boğma sən, səsini bir qısıq kimi.

 

Öndə get, çağır sən dəlibaşları,

Mən, mənəm deməyin faydası yoxdur.

Qoparın yerindən dəlidaşları,

Nahaqla döyüşün qaydası yoxdur.

 

Səsini qısarsan başın basılar,

Bağırsan eşitməz qeyri kimsələr.

Gücünlə görünsən adın asılar,

Bu sərvət sənindir, dadın kim bilər.  

 

Bu xalqın balası nəroğlu, nərsən,

Atıl sən, meydana zəfər bizimdir.

Yolunu döndərib Vətənə gəl sən,

Bir olsa gücümüz təpər bizimdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam