Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Ağlama Şəhidim" Təranə Şəms

 

Ağlama Şəhidim

 

Torpağım gileyli Şəhid ağlayır,

Yorulub ruhları yorğundur onlar.

Ürəkləri yaralı, sinə dağlayır,

Rəngləri saralıb solğundur onlar.

 

Ağlama Şəhidim, ağlama balam,

Sənin Şəhid adına Vətən ucalır.

Sinəmiz dağlıdır, dağlama balam,

Düşmənə tuşlanan silah səs salır.

 

Şəhidim ölmədi nədən dərd çəkir,

Gözləyir düşmənlər nə vaxt öləcək?

Qanıyla torpağa milli ruh əkir,

Qaçqınlar torpağa nə vaxt dönəcək?...

 

Baxır ki, bu millət yatıb laylaya,

Ayılmır, ayılmır yuxusu dərin.

Biganə qalıbdır səsə, haraya,

Meh vurur üzünə könlüdür sərin.

 

Ağlama Şəhidim duy, eşit məni,

Bu millət yuxudan oyanıb artıq.

Sirlər də açılıb uyarım səni,

Könüllər nurunla boyanıb artıq.

 

Uyu sən, rahatca Vətən sənindir,

Ananın qoynunda yatginən rahat.

Əyninə biçilən kəfən sənindir,

Ruhunla göylərdən baxginən rahat.

 

Az qalıb, az qalıb qələbə bizim,

Yürüşə hazırıq sözdür silahım.

Bu yolda mənimdə qalacaq izim,

Vicdanım təmizsə qalmaz ki, ahım.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam